Rusiya hərbçilərin zəhərlənməsi nəticəsində 24 hərbçi həlak olub.
"Unikal" xəbər verir ki, hasidə 2014-cü ildən Rusiyanın nəzarətində olan Simferopoldakı hərbi hissələrdən birində baş verib. Zəhərlənmə nəticəsində 24 hərbçi həlak olub, daha 11 nəfər xəstəxanaya yerləşdirilib.
İki qızın hərbçilərə “təşəkkür əlaməti” olaraq nəzarət-buraxılış məntəqəsinə yeddi butulka araq və qəlyanaltı (çörək, balıq, kolbasa, pendir) gətirdiyi bildirilir. Hərbçilərin zəhərlənməsindən sonra həm araqda, həm də yeməkdə böyük dozada arsen (ağır metal), şüşələrdən birində isə strixnin aşkar edilib.