Komediya aktyoru Maksim Qalkin Türkiyədə korporativ tədbirdə çıxışına görə 100 min avro alır.
"Unikal" xəbər verir ki, bu barədə “Yeni rus sensasiyaları” verilişində məlumat verilib.
Pranker Soryan Qalkinin rejissoru Elvira Mokroborodovaya zəng edərək, sənətçinin Türkiyədə çıxışının nə qədər olacağını soruşub. Telefonla menecer qonorarın dəyərinin 100 min avro olduğunu bildirib.
2022-ci ilin sentyabrında Qalkin xarici agent funksiyalarını yerinə yetirən şəxslərin siyahısına daxil edilib. Bunun səbəbi “siyasi fəaliyyətlə məşğul olmaq” olub, xarici maliyyə mənbələri arasında ukraynalılara rast gəlinib.
2022-ci ilin oktyabrında Qalkin və həyat yoldaşı Alla Puqaçova uşaqları ilə birlikdə Rusiyadan İsrailə uçub.
2023-cü ilin noyabrında StarHit nəşri Qalkin və Puqaçevanın Kiprə getdiyini bildirib. Dekabr ayında sənətçilər orada çəkilişlər aparıblar .