İtaliya çempionatının 14-cü turunda çempion "Napoli" kubok və superkubokun sahibi Milanın "İnter"ini qəbul edib.

"UnikaI" xəbər verir ki, matç qonaqların qələbəsi ilə başa çatıb - 0:3.

İtaliyalı Simone İnzaqinin rəhbərlik etdiyi komandadan türkiyəli yarımmüdafiəçi Hakan Çalhanoğlu, italiyalı yarımmüdafiəçi Nikolo Barela və fransalı hücumçu Markus Thuram fərqlənib.

Hazırda "İnter" 35 xalla turnir cədvəlinə başçılıq edir. 

Ağarza Elçinoğlu