Türkiyənin Bartın şəhər sakini olan Tayfun Güneyin başına xoşagəlməz hadisə gəlib.
"Unikal" NTV-yə istinadən xəbər verir ki, Güney avqust ayında özünü diş həkimi kimi təqdim edən A.B. ilə tanış olub. "Saxta həkim" onun dişlərinin müalicəyə ehtiyac olduğunu vurğulayıb. Bundan sonra T. Güney mütəmadi olaraq onun yanına müalicəyə gedib. Çox keçmədən həkim vətəndaşa dişlərinin yararsız olduğunu bildirərək sərfəli qiymətə implant məhsələt görüb.
Xəstə buna razılaşıb və A.B-ya 59 min lirə (3 470 AZN) pul ödəyib. Belə ki, saxta həkim və köməkçisi Güneyin bütün dişlərini 40 dəqiqə ərzində çəkib və 12 saxta implant yerləşdirib. İmplantları tökülməyə başlayanda Güney başqa diş həkiminə gedib. Həkim kişiyə aldadıldığını bildirib.
Güney yaşadıqlarından şoka düşüb. O, A.B. ilə əlaqə saxlamaq istəsə də buna nail ola bilməyib.
Özəl klinikaya müraciət edərək ağzında qalan 12 implantı çıxaran Tayfun Güney 59 min lirə ilə yanaşı sağlamlığını da itirib. Güney onu bu vəziyyətə salan şəxslərə qarşı cinayət işi qaldırıb.
Gülayə Mecid