Amerikanın “Time” jurnalına görə “İlin adamı” adı uğrunda Rusiya prezidenti Vladimir Putin, Barbi kuklası, Britaniya kralı III Çarlz və pop diva Teylor Svift mübarizə aparır.

"Unikal" xəbər verir ki, qalib çərşənbə günü elan ediləcək, lakin bu vaxt nəşr doqquz namizədin qısa siyahısını dərc edir.
Putin haqqında deyilir ki, 2023-cü ildə Vaqner qruplaşmasının üsyanı səbəbindən təhlükə ilə üzləşib, lakin sonda yalnız mövqeyini gücləndirib. Time jurnalı onu 2007-ci ildə İlin Adamı kimi tanıdı və dəfələrlə onu yüz ən nüfuzlu insan siyahısına daxil edib.

Qısa siyahıya Hollivudun məşhur ssenaristləri və aktyorları, “görünməmiş” üçüncü müddətə seçilən Çin prezidenti Si Tszinpin, rekord qazanan müğənni Teylor Svift və qısa müddətə ayrılıb tez bir zamanda süni şirkət olan OpenAI-nin rəhbəri vəzifəsinə qayıdan Sem Altman da yer alıb.

İddiaçılar arasında ABŞ-ın keçmiş prezidenti Donald Trampı təqib edən amerikalı prokurorlar, haqqında rekord gəlir gətirən filmin çəkildiyi Barbi kuklası, Britaniya monarxı III Çarlz və görünməmiş inflyasiya ilə mübarizə aparan ABŞ Federal Ehtiyat Sisteminin rəhbəri Cerom Pauel var.

2022-ci ildə Time Vladimir Zelenskini və “Ukrayna ruhunu” İlin Adamı təyin edib. Bu dəfə hər ikisi namizədlər siyahısında yoxdur. İlin adamının - əvvəlki 12 ayda dünyaya ən çox təsir edən insan, qrup və ya fenomenin seçilməsi ənənəsi 1927-ci ildən başlayır.