ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn dekabrın 6-dan 8-dək Azərbaycanda səfərdə olacaq.
"Unikal"ın məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
Belə ki, O`Brayn Bakıda “Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədi ilə Azərbaycan rəsmiləri ilə görüşəcək”.