Bakı şəhəri A.Məhərrəmov küçəsində "Saipa" markalı 99-PJ-279 nömrə nişanlı avtomobili vuraraq hadisə yerindən yayınan sürücünün aşkar edilərək məsuliyyətə cəlb edilməsi barədə Əli Rzayevin sosial şəbəkədən daxil olmuş müraciəti əsasında Baş DYP İdarəsində araşdırma başlanılıb.

"Unikal" xəbər verir ki, araşdırma zamanı qeyd olunan nəqliyyat vasitəsinin "KİA" markalı 77-DC-317 nömrə nişanlı avtomobil olduğu və hadisəni törədinin 1989-cu il təvəllüdlü Əyyub Abışov olduğu aşkar edilib.

Həyata keçirilən tədbirlər nəticəsində Əyyub Abışov müəyyən edilərək barəsində qanunamüvafiq tədbirlər görülüb.