"Barselona"nın hücumçusu Robert Levandovski yayda Kataloniya təmsilçisini tərk edə bilər.

"Unikal" "El Chiringuito TV"yə istinadən xəbər verir ki, klub bu yay 35 yaşlı futbolçunu satmağı düşünür. Əvvəlki transfer pəncərəsində Levandovski ilə Səudiyyə Ərəbistanı klubları maraqlanırdı.

15 turdan sonra "Barselona" La Liqanın turnir cədvəlində 34 xalla 3-cü pillədə qərarlaşıb. Komanda lider "Real"dan 4 xal geri qalır.

Qeyd edək ki, bu mövsüm Robert Levandovski bütün yarışlarda 17 matçda iştirak edib, 8 qol vurub və 4 qolun ötürməsini verib.