Moskvada keçirilən ikitərəfli görüşdə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Bakı ilə İrəvan arasında münasibətlərin tənzimlənməsi məsələlərini və Xəzərdə əməkdaşlıq məsələlərini müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
"Regional məsələlərin müzakirəsi kontekstində Azərbaycan və Ermənistan arasında münasibətlərin 2020-2022-ci illər üçün ən yüksək səviyyədə üçtərəfli sazişlər əsasında tənzimlənməsinə yönəlmiş səylərin artırılmasının zəruriliyi təsdiqlənib", - deyə məlumatda bildirilir.
Rusiya diplomatik xidməti əlavə edib ki, nazirlər həmçinin Rusiya Federasiyası ilə Azərbaycan arasında müttəfiqlik əməkdaşlığı haqqında 22 fevral 2022-ci il tarixli bəyannamənin müddəalarının icrasını müzakirə ediblər.
Ağarza Elçinoğlu