Getdikcə daha çox münaqişə güc tətbiqi ilə həll olunur.
"Unikal" xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Məsələləri üzrə Ali Nümayəndəsi Josep Borrell 25-ci Aİ-QHT İnsan Haqları Forumunda deyib.
O qeyd edib ki, münaqişələr güc yolu ilə həll edilməməlidir: "Dünyada çoxlu münaqişələr var. Yaşadığımız dövrün çağırışları bizi yalnız bütün dünyada insan hüquqlarının müdafiəsini davam etdirməyə təşviq etməlidir".
Ağarza Elçinoğlu