Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana növbəti dəfə övladları ilə bağlı şikayətçi olub.
"Unikal" xəbər verir ki, sosial şəbəkədə oğlu Tuncayın görüntüsünü paylaşan Canana onun ögey anası tərəfindən evə buraxılmadığını iddia edib.
"Ögey ananı gətirib balalarımın evinə. Balalarımı da görməyə qoymur. Qızım xəstədir. Mənə kömək edin. Bir ana olaraq yalvarıram. Balama qapını açmır. Körpələrimi də qoymur bayıra çıxsın", - deyə o, paylaşımında yazıb.
Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və Canana 2021-ci ilin oktyabrında rəsmi olaraq boşanıblar. Uşaqların qəyyumluğu ataya verilib. Kərim ikinci dəfə ailə qurub və həmin nikahdan onun bir oğlu var.