Şəkidə kafedə yanğın baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Şəki şəhəri Z.Əliyeva küçəsində yerləşən  kafedə baş verib. Yanğın yerinə Şəki Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları cəlb olunub və kafenin tamamilə yanmasının  qarşısı  alınıb.

Hadisə zamanı 1963-cü il təvəllüdlü Çələbiyev Telman Cumay oğluna məxsus ümumi sahəsi 177  kv/m olan kafenin mətbəxtinin tavan örtüyünün 4 k/m  sahəsi yanmış və xəsarət alan olmamışdır.

Seymur Əli