Qubada ikimərtəbəli ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Sırt Çiçi kəndində ümumi sahəsi 250 m² (hər mərtəbəsi 125 m²) olan ikimərtəbəli 8 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları, ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 80 m² sahədə, birinci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 30 m² sahədə və bitişik yığılan 7 ton ot bağlamasının 4 tonu yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.