ABŞ-ın "Time" jurnalı "2023-ci ilin adamı"nı seçib.
"Unikal" xəbər verir ki,bu şəxs amerikalı müğənni Teylor Svifti olub.
Qeyd edək ki, “İlin adamı” adına namizədlər siyahısında Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpin, Böyük Britaniya kralı III Çarlz olub.
Ötən il isə bu ada Ukrayna prezidenti Vladimir Zelenski layiq görülmüşdü.