"İran Həmas, Hizbullah və Husiləri dəstəkləməkdən çəkinsin"
"Unikal" xəbər verir ki, bunu Yeddilik Qrupu (G7) ölkələrinin başçıları bəyanatlarında belə bildirib.
Yeddilik qrupunun liderləri bəyanatda HƏMAS və İsrail arasında müharibənin bütün tərəflərindən bölgədə gəmilərin hərəkət və azadlığını təhdid etməməyi xahiş ediblər.
Qrupun bəyanatında qeyd edilir ki, regional aktorlar sabitliyi pozan fəaliyyətləri dayandırmalı və xüsusilə İran Həmas, Hizbullah və Husilərə dəstək verməkdən çəkinməlidir.