Rusiya lideri Vladimir Putin çərşənbə günü BƏƏ prezidenti Əl Nəhyan ilə danışıqlar aparıb, daha sonra bir günlük səfəri çərçivəsində Səudiyyə vəliəhdi ilə görüşüb.

"Unikal" xəbər verir ki, BƏƏ-də Putin böyük təntənə ilə qarşılanıb: onun korteji Su-35S qırıcıları tərəfindən müşayiət olunub. Əbu-Dabi üzərində səma Rusiya bayrağının rəngləri ilə boyanıb, Rusiya prezidentini fəxri qarovul dəstəsi qarşılayıb. Onun gəlişi toplardan açılan atışlarla müşayiət olunub. Rusiya nümayəndə heyətinin maşınlarının keçdiyi marşrutda atlı və dəvəlilər olub, Rusiya və BƏƏ-nin bayraqları asılıb. Əl Nahyan görüş zamanı Rusiya liderini “əziz dost” adlandırıb.

Putin Rusiya ilə BƏƏ arasında münasibətlərin görünməmiş yüksək səviyyəyə çatdığını deyib. O, Səudiyyə Ərəbistanının vəliəhdini Moskvaya səfərə dəvət edib.