Buryatiya vilayətinin paytaxtı Ulan-Udedə təyyarə havaya qalxan zaman yanıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın "Telegram" kanalları məlumat yayıb.
Aerostar yük təyyarəsində yanğın havaya qalxdıqdan bir neçə dəqiqə sonra alışmağa başlayıb. Tu-204-ün sol mühərriki yanıb. Pilotlar hava limanına məlumat veriblər, bundan sonra yanacağı töküb enməyə başlayıblar. Hava limanının bütün xidmətləri həyəcan vəziyyətinə gətirilib.
Nəticədə təyyarə təhlükəsiz yerə enib. Ölən və yaralanan yoxdur.













.jpg)





















.jpeg)



















