"Mən istisna etmirəm ki, vaxt gələcək ermənilər Azərbaycanda yaşamağa gedəcək".
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan açıqlayıb.
Onun sözlərinə görə, Ermənistanda yaşamağa gəlib ticarətlə məşğul olacaq azərbaycanlılar olacaq: "Bəli, biz sülhə gedirik, sülh üçün başqa yol yoxdur və bir-birimizlə vuruşduğumuz iddiaları qəbuledilməzdir. İngiltərə və Fransa 116 il vuruşdu və bu gün ən böyük müttəfiqlərdir. Biz bölgədə birlikdə yaşayıb problemləri birlikdə həll etməliyik"
Ağarza Elçinoğlu