Biz eyni dənizi, eyni coğrafiyanı, eyni iqlimi və hətta bir çox bölgələrdə eyni mədəniyyəti paylaşan iki qonşu ölkəyik.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiryakos Mitsotakis ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Türkiyə lideri qeyd edib ki, iki qonşu arasında fikir ayrılığının olması təbiidi: "Məsələ onları həll etmək iradəsidir. Biz Egey dənizini sülh və əməkdaşlıq dənizinə çevirmək istəyirik. Türkiyə və Yunanıstan olaraq atacağımız birgə addımlarla bütün dünyaya nümunə olmağı arzu edirik. Açığı, aramızda həlli olmayan problem yoxdur. Nə qədər ki, xoş niyyətlə hərəkət edirik, dənizi keçib dərədə boğulanların arasında olmayaq. Cənab Kiryakosun bizimlə eyni fikirdə olduğunu görməkdən də çox məmnunam".
Ağarza Elçinoğlu