Rusiyanın Pervouralsk şəhər sakini iki yaşlı ögey qızını tualetə getmədiyi üçün döyərək öldürüb.
"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, körpənin 23 yaşlı anası həyat yoldaşı V.B-nı polisə şikayət edib. Nəticədə 27 yaşlı kişi saxlanılıb.
İki yaşlı qızın meyiti tibbi-ekspertizaya göndərilib. Mütəxəssislər uşağın ölümünün səbəbinin çoxsaylı xəsarətlər olduğunu müəyyən ediblər. Qətllə bağlı cinayət işi açılıb.