Avropanın 4-cü ən kiçik ölkəsi olan Lixtenşteyndə kral ailəsinin taxtına yeddinci namizəd olan şahzadə Konstantin 51 yaşında vəfat edib.
"Unikal" xarici mediaya istinadən xəbər verir ki, qrafinya Mari Qabriela Fransiska ilə evli olan və 3 övladı olan Konstantinin ölüm səbəbi açıqlanmayıb.
Konstantinin ölümü ilə ölkədəki kilsələrdə zəng çalınıb. Deputatlar parlamentdə onu bir dəqiqəlik sükutla yad ediblər. Erkən yaşda dünyasını dəyişən şahzadə Konstantin sonuncu dəfə müharibə səbəbindən Ukraynanı tərk etməli olan mühacirlər üçün ianə toplayıb.
Konstantin Ferdinand 15 mart 1972-ci ildə anadan olub. O, Şahzadə Hans-Adams və Şahzadə Marinin üçüncü övladıdır. Paris Lodron Zalsburq Universitetində hüquq dərəcəsi alıb. Sonra həmin sahə üzrə magistratura pilləsini bitirib. Şahzadə kapitalın idarə edilməsi üzrə investisiya bankçılığı sahəsində çalışıb və 2012-ci ildən Lixtenşteyn Şahzadəsi Fondunun İdarəedici Direktoru və Sədri vəzifəsində çalışıb. "Raiffeisen" və "Brown Brothers" Harriman kimi banklarda işləyib.
Nuranə Abbasova