Ayın sonunda Şimali Koreya fil dişləri və kərgədan buynuzlarının qeyri-qanuni ticarətində şübhəli bilinən İsveçrə səfiri Han Thae-sung-u geri çağıracaq.
"Unikal" xəbər verir ki, bu barədə Kyodo mənbələrə istinadən məlumat yayıb.
Mətndən belə məlum olur ki, BMT Təhlükəsizlik Şurasının KXDR- ə qarşı sanksiyalar üzrə komitəsinin ekspert qrupu və İsveçrə hakimiyyəti Şimali Koreya səfiri ilə bağlı araşdırma aparıb. Şimali Koreya kəşfiyyatçısı Han Thae Sun və onun ortağı 19 ədəd fil dişi və 18 kərgədan buynuzunu qaçaqmalçılıq yolu ilə keçirməkdə şübhəli bilinir.
Han Thae Sun-un KXDR-ə qaytarılması diplomatların rotasiyası çərçivəsində Pxenyanın prioritetlərindən birinə çevrilib. Onlar etiraf edirlər ki, Pxenyan bununla ittihamları araşdırmaqdan yayınmaq istəyir.
Qəzetin vurğuladığı kimi, Şimali Koreya valyuta əldə etmək üçün fil dişləri və kərgədan buynuzlarının ticarəti ilə məşğuldur.
Gültəkin Ələsgər