İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 17 min 177-yə yüksəldiyini açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra deyib. İsrailin Qəzza zolağına hücumları oktyabrın 7-dən bu yana davam edərkən, insan itkiləri günü-gündən artır. Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qudra açıqlamasında İsrailin Qəzza zolağına hücumlarında ölənlərin sayının 17 min 177, yaralıların sayının isə 46 minə çatdığını bildirib. Əl-Qudra İsrailin son 24 saatda təşkil etdiyi hücumlarda 350 nəfərin həyatını itirdiyini, 1900 nəfərin isə yaralandığını açıqlayıb.
Əl-Qudra, yaralıların yüzdə birindən azının oktyabrın 7-dən müalicə üçün Misirə təxliyə edildiyini bildirib.
Qəzza zolağının şimalında səhiyyə sisteminin demək olar ki, tamamilə çökdüyünü bildirən əl-Qudra, Şifa xəstəxanasının yenidən fəaliyyətə başlaması üçün səylərin davam etdiyini və Şifa xəstəxanasının direktoru da daxil olmaqla 36 tibb işçisinin hələ də İsrail qüvvələri tərəfindən nəzarətdə saxlanıldığını bildirib.