Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 8-də ABŞ-nin paytaxtı Vaşinqtona səfər edəcək.
“Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının noyabrın 11-də keçirilmiş Fövqəladə Birgə Zirvəsində Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, İndoneziya, Misir, İordaniya, Qətər və Nigeriya daxil olmaqla ölkələrin xarici işlər nazirlərinə Qəzzada müharibəni dayandırılması və daimi sülhün bərqərar olması istiqamətində beynəlxalq təşəbbüslər göstərmək tapşırılıb. Nazirimiz bu birgə diplomatik səylər çərçivəsində təmaslar aparmaq üçün 8 dekabr 2023-cü il tarixində Vaşinqtona səfər edəcək”, – mətbuat xidməti açıqlayıb.