İrəvan ABŞ dövlət katibinin Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Vaşinqtonda görüşünün keçirilməsi təklifi ilə razılaşıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə dövlət katibinin Cənubi Qafqaz danışıqları üzrə baş köməkçisi Lui Bono arasında keçirilən görüşdə bildirilib.
Ermənistan XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Ermənistan-Azərbaycan yolunda baş verən son hadisələr və tərəflərin sülh müqaviləsi layihəsi ilə bağlı yanaşmaları müzakirə olunub.