Almaniya Azərbaycan Prezidenti Administrasiyası və Ermənistan Baş Naziri Aparatının əsirlərin mübadiləsi ilə bağlı birgə bəyanatını alqışlayır.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann sosial şəbəkədə yazıb.
“Biz Azərbaycan və Ermənistanın iki ölkə arasında ədalətli və davamlı sülhə gedən yolda inamı təmin edən bu cəsarətli addımını alqışlayırıq. Almaniya və Avropa İttifaqı bu prosesi dəstəkləyir və onu davam etdirməyə hazırdır”, - deyə diplomat yazıb.