Şəkidə iki nəfəri it dişləyib.
"Unikal" xəbər verir ki, bu gün axşam saatlarında iki nəfər Şəki şəhər sakini, 50 yaşlı Yaşar Şahid oğlu Kaşiyev və rayonun Oxut kənd sakini Seyidəmi Üzeyir oğlu Abdullayev it dişləməsi diaqnozu ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Xəstəxanada onlara lazımi tibbi yardım göstərilib, quduzluğa qarşı peyvənd vurulub və daha sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıblar.
Seymur Əli