İrəvanda avtomobil yanıb, xəsarət alanlar var.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin (DİN) Xilasetmə Xidməti məlumat yayıb.

Məlumata əsasən, “Opel” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq yanıb. Hadisə nəticəsində xəsarət alan 3 nəfər tibb müəssisəsinə çatdırılıb. Maşın tamamilə yanıb.