Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu, Xəqani küçəsində ictimai iaşə obyektində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Unikal"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri çağırış üzrə cəlb olunub.

FHN qüvvələrinin çevik müdaxiləsi sayəsində restoranın havalandırma qurğusunda baş verən yanğın qısa müddətdə söndürülüb.

Restoran yanğından mühafizə olunub.

***

11:56

"Tarqovu"da yerləşən restoranlardan birində yanğın başlayıb. 

"Unikal"ın məlumatına görə, hadisə yerinə 3 ədəd FHN texnikası və çox sayda əməkdaşları cəlb olunub. 

"Private" adlı restoranda başlayan yanğının söndürülməsi yönündə işlər görülür. Restoran S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı ilə üzbəüz yerləşir. 

Ağarza Elçinoğlu