“Çıxışım heç də seçkiləri əsaslandırmaq üçün deyildi. Siz (red.-Sahibə Qafarova) seçkilərlə bağlı izahat verdiniz, müəyyən məqamları dediniz".
"Unikal" xəbər verir ki, bunu, Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib. Deputat bildirib ki, seçkilərlə bağlı qərarın verilməsi Prezidentin səlahiyyətindədir: "Bizim heç kimin qarşısında öhdəliyimiz, izah etmək, əsaslandırmaq borcumuz yoxdur ki, bunu edək. Bunu hər kəs bilsin”.
Milli Məclisin sədri Sahibə Qafarova cavab olaraq bildirib: "Mən də izahat verməmişəm. Onu gərək düzgün söz tapıb deyərdiniz. Həmişə olduğu kimi, vacib məsələlərə spiker kimi sizin fikirlərinizi ifadə edərək hansısa söz demişəm. İzahat sözü düzgün deyil. Mənim çıxışıma izahat verməyiniz düzgün deyil".
Anar Kəlbiyev