“Kristal Abşeron” xəbər verir ki, “Park Yasamal”da tikinti-təmir işləri sürətlə davam edir. Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, 10 binadan ibarət birinci mərhələdə dəmir-beton inşaat işləri 90% tamamlanıb. 10-cu mərtəbəyədək hörgü işləri görülüb və bütün binalarda elektrik işlərinə başlanılıb. 

Ən son yeniliklər "Park Yasamal"da - FOTOLAR/VİDEO
 
Şirkət nümayəndəsinin sözlərinə görə əksər binalarda fasad işlərinə start verilib. Paralel olaraq da kommunikasiya xətlərinin inşası işləri sürətlə davam edir və 9-cu mərtəbəyədək tamamlanıb. Yaxın günlərdə isə landşaftın infrastruktur işlərinə başlanılacaq.

“Park Yasamal”da mənzil əldə etmək istəyənlər üçün şərtlər çox sərfəlidir. Cəmi 12328 AZN ilkin ödənişlə tam təmirli 3 otaq studiya mənzilə sahib ola bilərsiniz. 

Ən son yeniliklər "Park Yasamal"da - FOTOLAR/VİDEO
 
“Park Yasamal” yaşayış kompleksinin bir üstünlüyü də beynəlxalq standartlara uyğun Avropa brendləri ilə inşa edilməsidir. Qeyd edək ki, burada mənzillərin təmirində alman istehsalı olan “GROHE” hamam aksesuarları, italyan istehsalı “Gewiss” elektrik açarları və digər İtaliya şirkəti “Prysmian” yanmayan kabellərindən istifadə olunacaq.

Ən son yeniliklər "Park Yasamal"da - FOTOLAR/VİDEO

Yaşayış kompleksi Yasamalın prestijli ərazisində, 3 saylı “ASAN xidmət” mərkəzi yaxınlığında yerləşir. Kaktus adlanan ərazidən çəkilən yeni yol ilə kompleksin yerləşməsi daha da əlverişli olacaq.
 
Tam təmirli, çıxarışlı formada təhvil verilən göl mənzərəli mənzillər nağd və ipoteka krediti ilə satılır. Satış ofisinə yaxınlaşaraq 10% ilkin ödəniş, 20 ilədək ipoteka krediti ilə mənzil sahibi ola bilərsiniz. 

Daha ətraflı: *1544 və ya 051 255 05 55

hwww.kristalabsheron.az