Gəncədə həkim xəsarət alıb.

"Unikal" xəbər verir ki, şəhər sakini 1953-cü il təvəllüdlü Ə.Əşrəfov işə gedən zaman mağazaların birinin aqlay fəsadı onun üzərinə uçub.

Həmin şəxs xəstəxanaya yerləşdirilib. Ona sağ bazunun çıxığı, sol körpücük sümüyünün sınması və döş qəfəsinin travması diaqnozu qoyulub. Xəstənin vəziyyətinin orta ağır olduğu bildirilir. Qeyd edək ki, Əşrəf Əşrəfov Gəncədə həkim-terapevtdir.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov