Beynəlxalq qurumların nümayəndələri müraciət edəndə həmişə qapılarımız onlara açıq olub.
"Unikal" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyası sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, müəyyən qərəzli münasbət görəndə də onu da açıq şəkildə müzakirə etmişik.
“Yenə də müzakirələrimiz açıq olacaq. Yenə də beynəlxalq təkilatlar hansı məsələ qaldırsa, biz bunu açıq şəkildə ictimaiyyətə çatdıracağıq və müzakirələri də o cür aparacağıq. Mətbuatı da dəvət edəcəyik o proseslərdə iştirak etsinlər. Burda yaradılan şəraitdən istifadə etməyib gedib kimdənsə soruşub bizə edilən şikayəti qəbul etməyəcəyik. Biz bütün mərhələlərdə şərait yaradırıq, ancaq bəziləri bu yaradılan şəraitdən istifadə etmir, gedir qıraqdan kiminsə dediyinə inanır. Ancaq bəzən qurumlar siyasi əhəmiyyət daşıyan məsələlərə diqqət edirlər”, - deyə MSK sədri qeyd edib.