Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan dekabrın 11-12-də Brüsseldə işgüzar səfərdə olacaq.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
"Mirzoyan bazar ertəsi Avropa İttifaqının Şərq Tərəfdaşlığı (ŞT) nazirlərinin görüşündə iştirak edəcək. O, Avropa İttifaqının Xarici İşlər Şurasının sessiyasında iştirak etmək üçün dəvət olunub. Səfər çərçivəsində bir sıra ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır", - deyə məlumatda qeyd olunub.
Bildirək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da adıçəkilən iclasa dəvət edilib.
Bundan bir gün öncə qarşı tərəf XİN rəhbərlərinin mümkün görüşünü istisna etməyib.
Ağarza Elçinoğlu