"İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycanın 340 vətəndaşı mina qurbanı olub".
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin “X” sosial şəbəkəsində paylaşdığı infoqrafikada deyilir.
Bildirilir ki, göstərilən müddət ərzində mina partlamalarından 65 nəfər ölüb, 275 nəfər isə yaralanıb.
2022-ci il noyabrın 10-dan 2023-cü il dekabrın 6-dək Azərbaycanda minalardan 50 mülki şəxs və 15 hərbçi həlak olub. Eyni zamanda 111 mülki şəxs və 164 hərbçi yaralanıb.