Mingəçevirdə idarəetmədən çıxan "Mercedes" markalı avtomobil yol kənarındakı yaşıllıq zolağına girib. 

"Unikal"ın məlumatına görə, hadisə Bayraq Meydanı yaxınlığında baş verib.

Qəza nəticəsində 2001-ci il təvəllüdlü    Toğrul İsmayıllı, Mirzə Hüseynov və 1995-ci il təvəllüdlü Rəşad Əbdüləzimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

 Ehtiram Muradov