Tovuz rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb, yaralananlar var.

"Unikal"ın məlumatına görə,  qəza rayonun girişində baş verib. Belə ki, hərəkətdə olan "VAZ-2106" və "VAZ-2107" markalı minik avtomobilləri toqquşub. Hadisə yerinə təcili yardım birqadasının əməkdaşları cəlb olunub. 

Qəza zamanı yaralanan 1977-ci il təvəllüdlü Rövşən Novruzov və 1995-ci il təvəllüdlü Firdovsi Əşrəfov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov