İsmayıl Ömərova cinayət işi açıla biliər
20:31 20-04-2013
İQTİSADİYYAT
İsmayıl Ömərova
cinayət işi açıla biliər
Deputatlar İctimai televiziyanı tənqid atəşinə tutdular
Ictimai televiziyanın sədri İsmayıl Ömərovun postundan getməsi artıq qətiləşdi. Ən azından bu günə qədər İsmayıl Ömərov sədr seçkilərində iştirak etməklə bağlı sənədlərini təqdim etməyib. Digər tərəfdən son zamanlar İsmayıl Ömərovun maliyyə maxenasiyalarında adının hallanması, televiziya üçün ayrılan vəsaiti qardaşının tikinti şirkətinə ayırması ilə bağlı fikirlərin səslənməsi də təsadüfi hesab edilmir və buna görədə artıq onunla vidalaşmanın olacağı qətiləşib.
Hətta o postunu itirəndən sonra yoxlamaların başlayacağı, hətta onu həbs təhlükəsinin də gözlənildiyi verilən xəbərlər içindədir. Elə Milli Məclisdə deputatlarında İctimai televiziya ilə bağlı xoş fikirlər səsləndirməmələri buna sübutdur. Halbu ki, bir müddət öncə Fəzail Ağamalı İctimai televiziyanın fəaliyyətini tənqid edəndə heç bir həmkarı ona dəstək verməmişdi. İndi isə hamı televiziyanın fəalıiyyətində nöqsan axtarır. Millət vəkili Fazil Mustafa telekanalın fəaliyyətinə toxunaraq bildirib ki, parlamentin işinə həsr olunmuş həftəlik proqram hazırlanmalıdır. İqbal Ağazadə İctimai Televiziyanın verilişlərinə dəvət almadığından gileyləndi. "Bizim tədbirlər işıqlandırılmır, bu özəl televiziya, dövlət televiziyası deyil ki, hansısa məhdudiyyətlər olsun. Heç mənim bu çıxışımı da verməyəcəklər. Qoy desinlər ki, sonuncu dəfə nə vaxt mənim çıxışımı veriblər. Ötən həftə gənclərlə görüşüm oldu, rəsmi dəvət etdik, gəlmədilər. Onda niyə bu kanalı dövlət büdcəsindən maliyyələşdirək ki? Adını "ictimai" qoyuruqsa, burada cəmiyyətin fərqli düşünən təbəqəsi də təmsil olunmalıdır".
Daha bir deputat Asim Mollazadə telekanaldakı verilişlərin uzunçuluğundan narazılıq edib. Deputat qeyd edib ki, müasir zamanda TV kanallar texnologiyanı yüksək səviyyəyə qaldırmalıdır.
"Azərbaycan televiziyalarının görüntüləri 50-60-ci illərə aiddir. Bilirəm ki, İTV-nin gözəl texnikası var. Amma nəzərə almaq lazımdır ki, uzun-uzadı proqramlar müasir informasiya mühitində qəbuledilməzdir. Ümumi vəziyyət acınacaqlıdır. Bu vəziyyəti sürətli və kökündən dəyişdirməyə ehtiyac var. Öz üzərimizdə ciddi işləməliyik, əks təqdirdə bu rəqabətdə uduzmuş olacağıq"-deyə Mollazadə vurğulayıb.
Deputat Etibar Hüseynov İTV-də Qarabağın işğalına aid nümayiş etdirilən eyni sosial çarxın efirdən çıxarılmasını istəyib: "Televiziyada adamın gözü sataşanda elə bilirsən ki, Suriyadan xəbərlər yayılır. Pafosu, populistliyi kənara qoyaq. Yəni biz sadəlövhcəsinə inanırıq ki, dünya bu qədər anlaqsızdır, bilmir ki, Azərbaycan hansı meridianda yerləşir, işğalçı kimdir? Məncə, bu gülünc görünür. Əgər 8 ildə bu çarxlar göstərilibsə və dünyaya çatmayıbsa, 18 il də göstərilsə, çatmayacaq".
E. Hüseynov bu cür təbliğatın zərərli tərəfindən da danışdı: "Biz bütün görüşlərdə iş adamlarına deyirik ki, ölkəmizdə sabitlikdir, bura gəlin, sərmayə qoyun. Amma bir əcnəbi gəlib bu çarxı, yəni yanan, ölən adamları görəndə bura hansısa yatırım qoyub iş görə bilərmi?" E. Hüseynov Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sözügedən sosial çarxı Azərbaycan ordusunun qüdrətinə dair video-çarxla əvəzləməyi məsləhət gördü.Çox maraqlıdır ki, öncələr hər çıxışa,yazıya anındaca reaksiya verən İctimai televiziya rəhbərliyi indi susmağa üstünlük verir. Bu isə deyilənlərin təsdiqidir. Bunu da qeyd edək ki, artıq İsmayıl Ömərovun işə az-az gəldiyidə söylənilirdi.Dünən isə o açıq şəkildə bəyan edib ki, artıq televiziyada tutduğu postundan kənarlaşıb.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00