Suriyanın baş naziri Hüseyn Arnousun başçılıq etdiyi yüksək səviyyəli nümayəndə heyəti Tehranda rəsmi səfərdədir. 

"Unikal" xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb. 

İran Prezident Administrasiyası rəhbərinin siyasi məsələlər üzrə müavini Məhəmməd Cəmşidi bildirib ki, Arnous İran-Suriya İqtisadi Əməkdaşlıq Ali Komitəsinin 15-ci iclasında iştirak etməyi planlaşdırır.