Dəmir yolu relsini oğurlayan dəstə saxlanılıb.
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən xəbərə görə, dekabrın 8-də saat 16 radələrində Qaradağ rayonu Qobustan dəmir yolu stansiyası ərazisindən 500 metr relsi sökərək oğurlamağa cəhd göstərən 4 nəfər Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onların Kəlbəcər rayon sakini İ.Əliyev, İsmayıllı rayon sakini R.Kərimov, Ağstafa rayon sakinləri N.Hüseynov və A.Məmmədov olmaları müəyyən olunub.