Sumqayıt şəhərində 42 yaşlı usta itkin düşüb.
“Unikal” xəbər verir ki, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Mahir Sadıq oğlu Soltanov usta işlədiyi mebel salonundan çıxıb və naməlum istiqamətdə gedib.
Bundan sonra onun barəsində məlumat almaq mümkün olmayıb.
Faktla bağlı polisə məlumat verilib.