Şuşanın siması aydan-aya dəyişir. Şuşada bu günədək 16 abidə tam bərpa olunub. Eyni zamanda, bir neçə abidə üzrə bərpa işləri davam edir.

"Unikal" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı – 2023” ilinin rəsmi bağlanış mərasimində söyləyib. O bildirib ki, Şuşanın infrastrukturunun qurulması prosesi davam edir.