Dekabrın 10-da DİM tərəfindən doktoranturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanı keçirilib. 

DİM-dən "Unikal"a verilən məlumata görə, bundan əlavə, bu gün Dövlət Miqrasiya Xidməti ilə birlikdə Azərbaycan Respublikasının miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı da keçirilib.