Roma Papası Fransisk zərbaycanlı və erməni hərbi əsirlərin azad edilməsini alqışlayıb.
"Unikal" xəbər verir ki, bu barədə o, Vatikanın Müqəddəs Pyotr meydanında ənənəvi bazar günü çıxışının sonunda deyib.
O, hər iki ölkəni sülh sazişi bağlamağa dəvət edib.
"Mən xeyli sayda azərbaycanlı və erməni əsirlərin azad edilməsindən məmnun qaldım. Mən Ermənistanla Azərbaycan arasında münasibətlərə, Cənubi Qafqazda sülhə nail olmaq üçün bu müsbət hadisəyə böyük ümidlə baxıram və tərəfləri və liderləri mümkün qədər tez sülh müqaviləsi bağlamağa dəvət edirəm”, - deyə pontifik bildirib.