Yevlaxda bədbəxt hadisə baş verib.

"Unikal" xəbər verir ki, şəhər sakini 2006-cı il təvəllüdlü Həşimov Kamran Bakir oğlu qida zəhərlənməsi diaqnozu ilə bağlı Yevlax rayon mərkəzi xəstəxanasına məlumat daxil olub. Həkimlərin səylərinə baxmayaraq 17 yaşlı şəhər sakinin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.

xxx

21:40

Yevlaxda yeniyetmə xəstəxanada ölüb.  

"Unikal"ın məlumatına görə ölüm hadisəsi bu gün Yevlax şəhər Mərkəzi Xəstəxanasında qeydə alınıb. Belə ki, koma vəziyyətində xəstəxanaya yerləşdirilən 16 yaşlı yeniyetmə oğlan reanimasiya şöbəsində dünyasını dəyişib. Onun komaya düşməsinin və ölümünün səbəbi hələ ki, tam məlum deyil. Mərhumin nəşi müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma başlanıb.

Ehtiram Muradov