Xudat şəhər sakini kanalizasiya quyusuna düşərək boğulub.
"Unikal"ın
məlumatına görə, hadisə şəhərin Malikanələr adlanan ərazisində qeydə alınıb.

Xudat şəhər 2-ci Şöbə sakini, 1976-cı il təvəllüdlü Ağalarov İlqar Balaşah oğlu çirkab suların axıdıldığı quyuya düşərək boğulub.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib.

Faktla araşdırma aparılır.

Xanlar Qaraca