Xaçmaz-Xudat yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal”ın məlumatına görə, hadisə magistral yolun Çinartala kəndində qeydə alınıb.

Belə ki, rayon sakini 74 yaşlı Sədyar Mirzəyev velosipedlə hərəkətdə olarkən onu "KamAz" markalı yük avtomobili vuraraq öldürüb.

Hadisə ilə bağlı araşdırma aparılır. 

Xanlar Qaraca