Rusiyalı müğənni Nadejda Babkina "Zvezda" telekanalının studiyasında çəkilişdə olarkən huşunu itirib.

"Unikal" rus mətbuatına istinadən xəbər verir ki, verilşin heyəti dərhal təcili yardım çağırıb.

Həkimlərin sayəsində özünə gələn 73 yaşlı sənətçinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb.