Bərdədə 7 otaqlı ev yanıb.

"Unikal" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Bərdə rayonunun Xəsili kəndində ümumi sahəsi 144 m² olan birmərtəbəli 7 otaqlı evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.