Ermənistanda qızılcaya yoluxanların sayı 521 nəfərə çatıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzi məlumat yayıb.
"Dekabrın 8-nə olan məlumata görə, laboratoriyada təsdiqlənmiş ümumi yoluxma sayı 521 nəfərdir ki, onlardan 371-i uşaq, 150-si böyükdür", - deyə qeyd olunub.
Ağarza Elçinoğlu